İyul 16, 2018 09:53 Asia/Baku
  • İraqın təhlükəsizlik qüvvələri ilə iğtişaşçılar arasında toqquşma baş verib
    İraqın təhlükəsizlik qüvvələri ilə iğtişaşçılar arasında toqquşma baş verib

İraqın cənub şəhərlərində naməlum amillərin dövlət mərkəzlərinə hücum etmələri və ümumi əmlakı dağıtmaları ilə müşayiət olunuan etiraz və aksiyaların davam etməsi təhlükəsizlik qüvvələri ilə iğtişaşçılar arasında toqquşmalara gətirib çıxarıbdır.

Adının gizli qalmasını istəyən bir iraqlı təhlükəsizlik rəsmisi  deyib ki, naməlum amillərin Əlsəmaə qəsəbəsinin məhkəmə binasına qarşı hücumunda üç nəfər öldürülüb.

Bəzi müdaxilə və opportunist ünsürlər də Bəsrə əhalisinin aksiyaları ilə bir zamanda valilik binasına basqın etmək niyyətində olublar ki, polis gözyaşardıcı qazla onları dağıdıbdır.

Bir qrupu iğtişaşçı da Bəsrənin cənub-qərbindəki "Əlzubəyr" neft yatağına basqın edərək, təhlükəsizlik qüvvələri ilə toqquşubdur.

İraqın cənubunda yerləşən "Ziqar" vilayətinin səhiyyə mərkəzinin direktor müavini Əbdulhəsən Əlcabiri də deyib ki, etirazçılar dünən polis qüvvələrilə toqquşublar. Bu zaman on beş etirazçı və 25 polis qüvvəsi yaralanıbdır.

Dünən İraqın cənub şəhərlərindəki etirazlarda 160 nəfər öldürülüb.

İraqın baş naziri Heydər Əlibadi bildirib ki, dinc aksiyaların öz çərçivəsindən çıxarılması ölkəni geriyə qaytarmaq üzrə bir cəhddir. O, deyib ki, iraqlılar hərc-mərcliyi və təhlükəsizlik qüvvələrinə qarşı hücumu qəbul etmirlər.

Bəzi məlumatlarda səudiyyə rejimi qeyd olunan çaxnaşmalarda əlinin olmasında ittiham edilərək, deyilir ki, Ərriyad İraqın cənubu və mərkəzində iğtişaş törətmək üçün İŞİD təfəkkürünə yaxın ünsürlərdən və buraxılmış bəəs partiyasının amillərindən istifadə edir.

İraqın cənub və mərkəzi vilayətləri ötən həftədən iraqlı gənclərin işsizliyinə və sosial xidmətlərin yarıtmaz vəziyyətinə qarşı ümumi etirazların şahididir.

Teqlər