İyul 20, 2018 09:09 Asia/Baku
  • İraqda son etirazlarda 12 nəfər həlak olub
    İraqda son etirazlarda 12 nəfər həlak olub

İraqın İnsan Haqları Ali Komissiyası ölkənin cənub şəhərlərində son etirazlarda 12 nəfərin ölməsini təsdiqləyərək etirazçılarla sərt davranışı "insan haqlarının açıq-aşkar pozulması"nın meyarı adlandırıb.

İRNA-nın məlumatına görə, İraq İnsan Haqları Ali Komissiyası sədrinin müavini Əli əl-Mirzə əl-Şimri cümə axşamı günü bir bəyanatda İraqın cənubunda son etirazlarda 12 nəfərin həlak olduğunu, 199 nəfərin yaralandığını və 540 nəfərin də saxlanıldığını bildirərək əlavə edib: İctimai xidmətlərin azlığı və işsizliyə eitraz insanların təbii haqqıdır. Lakin İraq təhlükəsizlik qüvvələri onlarla həddindən artıq sərt davranıblar. 

Əş-Şimri əlavə edib: İraq təhlükəsizlik qüvvələri öz yanlış funksiyası və etirazçılara atəş açmaqla onlara qarşı həddindən artıq sərtlik tətbiq ediblər. Bu da vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxarıb. 

İraq İnsan Haqları Ali Komissiyası sədri müavinin açıqlaması ilə yanaşı qeyd edək ki, İraqın Müştərək Komandanlığı Qərargahı bundan öncə bir bəyanatda bildirmişdi ki, İraqın cənubunda son etirazlarda 262 təhlükəsizlik məmuru yaralanıb. 

İraqın Müştərək Komandanlığı Qərargahının rəsmi mayor Yəhya Rəsul təhlükəsizlik qüvvələrinin etirazçılarla tədbirli davrandığını bildirib və etirazçıların təhlükəsizlik qüvvələri ilə qarşılaşmağa cəhd edən şəxslərin ardınca getməmələrinin əhəmiyyətini vurğulayıb. 

İraqda aksiyalar bir həftə öncədə ölkənin bir neçə cənub vilayətində hökumətin zəif xidmətləri, işsizlik və korrupsiya əleyhinə keçirilib. Bununla belə son günlərdə İraqın cənub əhalisinin etirazlarının yönəldilməsində Ərəbistnaın təhlükəsizlik xidməti və ləğv edilmiş Bəəs partiyasının müdaxiləsinin nişanələri aşkarlanmışdır. 

Teqlər