Avq 06, 2018 08:52 Asia/Baku
  • Qavuq: Sionist rejim müqavimət mehvərinin Cövlan sərhədinə çatmasından qorxuya düşüb
    Qavuq: Sionist rejim müqavimət mehvərinin Cövlan sərhədinə çatmasından qorxuya düşüb

Livan Hizbullahının mərkəzi şurasının üzvü Suriya ordusunun İŞİD təkfirçiləri və terrorçuları üzərindəki qələbələrinə toxunaraq, vurğulayıb ki, Təl-Əviv müqavimət mehvərinin işğal olunmuş Cövlan sərhədinə çatmasından qorxuya düşübdür.

Livan Hizbullahının mərkəzi şurasının üzvü Şeyx Nəbil Qavuq deyib: Suriya ordusunun qələbələri birbaşa şəkildə Livanın təhlükəsizliyinə təsir göstərəcək, həmçinin suriyalı didərginlərin geri dönmələrini asanlaşdıracaqdır.

Qavuq vurğulayıb: Suriya böyük bir təhlükəni arxada qoyub. Suriya ordusunun tam qələbəsi, həmçinin sionist rejim, Amerika və təkfirçilərin planlarının iflasa uğraması yaxındadır.

O, əlavə edib: Sionist rejim müqaviməti mühasirə etmək və Suriyanın qanuni dövlətini süqut etdirmək niyyətində olub, lakin bu gün müqavimət mehvərinin qələbələrindən qorxu və nigarançılıq içindədir.

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlanıb. Suriya ordusu və xalqının müqaviməti ilə düşmənlərin fitnəsi məğlubiyyətə uğrayıbdır. 

 

Teqlər