Avq 22, 2018 17:12 Asia/Baku
  • İşğal olunmuş Fələstində Fələstin bayrağına qadağaya çağırılıb
    İşğal olunmuş Fələstində Fələstin bayrağına qadağaya çağırılıb

Sionist rejimin parlamentinin(knesset) üzvü işğal olunmuş ərazilərdə fələstin bayrağını daşıyanlar üçün həbs cəzası tələb edib.

İRNA-nın verdiyi məlumata görə, Knesset üzvü Anat Barko bir layihənin ilkin yazısını hazırlayaraq anti-israil aksiyalarda Fələstin bayrağı yaxud Fələstin Azadlıq Təşkilatının bayrağnı daşıyanların bir il müddətində azadlıqdan məhrum edilmələrini istəyib. 

1948-ci ildə işğal edilmiş Fələstin torpaqlarının sakinləri cari Avqust ayında yəhud ölkəsi qanununa etiraz üçün geniş aksiya keçirdi və aksiyada Fələstin bayraqları daşınaraq sözü gedən qanunun dərhal ləğv edilməsi tələb olundu. 

Knesset cari il iyulun 19-da işğal olunmuş Fələstini sadəcə sionistlərin yurdu hesab edən yəhud ölkəsi qanununu qəbul etdi və fələstinliləri bütün vətəndaşlıq və insani haqlarından məhrum etdi. 

Teqlər