Hüseyn(ə) Ərbəini zəvvarlarının Kərbəlaya axını başlandı
-
Hüseyn(ə) Ərbəini zəvvarlarının Kərbəlaya axını başlandı
Hüsyn(ə) Ərbəininə təqribən 10 gün qalıb. Ərbəin zəvvarları artıq indidən böyük Ərbəin toplantısında iştirak etmək üçün Kərbəlaya doğru yola çıxıblar.
Zəvvarları qarşılamağa gəliblər, eşq və məhəbbətlə dolu ürəklə.
“Burda İran və İraq xalqları arasındakı dostluq və qardaşlıq dillər əzbəri olub və bu mənəvi Ərbəin yürüşü bu dostluğun daha da möhkəmlənməsinə səbəb olub.”
Bura Şələmçə sərhədidir. Kərbəlanın 450 kilometrliyində yerləşir. Zəvvarları Kərbəla və Nəcəf şəhərlərinə daşımaq üçün avtobuslar İraqın hər yerindən buraya üz tutublar.
“Çox rahat gəldik. Sərhədi də çox rahat keçdik. Burda da çox yaxşı qarşılandıq.”
Buna baxmayaraq, bu il İraqın təhlükəsizlik qüvvələri pasportlar və vizaları daha diqqətlə yoxlayırlar. Və zəvvarlar bir neçə mühüm məsələyə riayət etməlidirlər.
“Ərbəin zəvvarlarının diqqətinə çatdırmalıyam ki, İraqa səfər etmək üçün mütləq vizaya malik olmalıdırlar. Şəxsiyyət vəsiqələri də yanlarında olmalıdır. Yüklərinin üzərinə də özləri barədə məlumat yazsınlar ki, itdiyi zaman sahibini tapmaq mümkün olsun.”
Hüseyn Ərbəininə kimi hələ 10 gün zaman var. İraq rəsmilərinin dediklərinə görə, sərhəd məntəqəsində problemlə üzləşməmələri üçün zəvvarlar viza almlaq üçün İraq konsulluqlarına və onun şöbələrinə müraciət etməlidirlər.