Yan 19, 2019 11:01 Asia/Baku
  • İraqlılar Amerikanın onların ölkələrindəki hərbi iştirakına qarşı aksiya keçiriblər
    İraqlılar Amerikanın onların ölkələrindəki hərbi iştirakına qarşı aksiya keçiriblər

İraqlılar Bağdadda Amerikanın onların ölkələrindəki hərbi iştirakına qarşı aksiyada bildiriblər ki, Amerikanın İraqdakı iştirakı və Vaşinqtonun aşkar müdaxilələri qəbuledilməzdir.

İraqlı aksiyaçılar Amerikanın müdaxiləsini pisləyərək vurğulayıblar ki, Vaşinqton "yumşaq işğal" sayılan amerikalı hərbçilərin İraqdakı iştirakı ilə İraq neftinə yiyələnmək istəyir.

Etirazçılar deyiblər ki, İraq Amerikanın işğalçılığının davam etməsinə görə, dağılıbdır.

ABŞ prezidenti Donald Trampın amerikalı hərbçilərin Suriyadan çıxmaları barədəki planı ilə bir zamanda Amerikanın İraqın müxtəlif məntəqələrindəki hərbi hərəkətləri barədə çoxlu sayda xəbər və məlumatlar yayılıbdır.

Çoxlu sayda amerikalı qüvvənin Suriyadan İraqın əl-Ənbar vilayətinin qərbindəki "Əynuləsəd" bazasına daxil olması ilə, Donald Tramp ötən il dekabrın 26-da bu bazada olaraq bildirdi ki, İraqda yerləşən amerikalı hərbçiləri bu ölkədən çıxarmaq fikrində deyildir.

Amerika prezidentinin bu sözləri İraqdakı siyasi şəxsiyyət və qrupların geniş etiraz dalğası ilə üzləşibdir.

Teqlər