İraq xarici işlər naziri: Suriyanın Ərəb Birliyinə üzvlüyünün dayandırılması yanlış hərəkətdir
-
Suriyanın Ərəb Birliyinə üzvlüyünün dayandırılması yanlış hərəkətdir
İraq xarici işlər naziri dünən axşam Beyrutda Ərəb Birliyinin iqtisadi konfransına hazırlıq iclasının kənarında deyib ki, Suriyanın Ərəb Birliyinə üzvlüyünün dayandırılması yanlış hərəkətdir.
Muhəmməd əl-Həkim əlavə edib: Bağdad Suriyanın Ərəb Birliyinə qayıtması istiqamətində tədricən səy göstərəcəkdir.
Əl-Həkim bildirib ki, yaranmış ixtilaflar çox deyil. O, ümidvarlıq edib ki, bu ixtilaflar həll olacaqdır.
Cümə günü də Livanın xarici işlər naziri Beyrutda Ərəb Birliyinin iqtisadi konfransına hazırlıq iclasında vurğulamışdı ki, Suriyanın bu iclasda iştirak etməməsi çox hiss olunur və bu ölkənin həmin iclasdakı yeri görünür.
Ərəb Birliyi 2011-ci ildə və Suriyada böhranın başlanmasının ardınca əmirliklərin və Ərəbistanın təzyiqləri altında Suriyanın Ərəb Birliyinə üzvlüyünü dayandırdı. Əksər ərəb ölkələri də öz səfirliklərini bağlayaraq, Dəməşqlə diplomatik əlaqələrini kəsdilər.
Hazırda Bəşşar Əsəd dövlətinin terrorçular üzərində qələbə çalması və Suriyada ərəb-Qərb fitnəsinin uğursuzluğa düçar olması Ərəb Birliyini və bir çox ərəb və region ölkəsini Suriya ilə əlaqələri bərpa etmək və Dəməşqdəki səfirliklərini yenidən açmaq üçün əl-ayağa salıbdır.