Yan 27, 2019 10:10 Asia/Baku
  • Bağdad Türkiyə hərbçilərinin iraqlı etirazçıları atəşə tutmalarını pisləyib
    Bağdad Türkiyə hərbçilərinin iraqlı etirazçıları atəşə tutmalarını pisləyib

İraqın xarici işlər nazirliyi Türkiyə hərbçilərinin bu ölkənin İraq Kürdüstanı məntəqəsinin Dehuk vilayətindəki hərbi iştirakına qarşı çıxan iraqlı etirazçıları atəşə tutmalarını pisləyib.

İraqın xarici işlər nazirliyi bir bəyanat yayaraq, Türkiyə hərbçilərinin İraq Kürdüstanının Dehuk vilayətinin Şiladzi məntəqəsində İraq vətəndaşlarını atəşə tutaraq, onların bir qupunu öldürmələri və yaralamalarını pisləyibdir.

İraqın xarici işlər nazirliyi vurğulayıb ki, tezliklə Türkiyənin Bağdaddakı səfirini bu cinayət barədə izahat verməyə çağırdıracaqdır.

Onlarla iraqlı etirazçı şənbə günü axşam Dehuk vilayətinin Şiladzi məntəqəsində Türkiyənin bir hərbi qərargahına daxil olaraq, bu hərbi mərkəzdə mövcud olan azı iki tankı, dörd transportyoru, həmçinin digər vəsait və təchizatları yandırıbdır.

Türkiyə hərbçilərinin öz ölkələrindən çıxmalarını istəyən iraqlı etirazçılar Türkiyənin İraq Kürdüstanı məntəqələrinə qarşı hava hücumlarına son qoyulmasını istəyiblər.

Bunun cavabında türkiyəli hərbçilər İraq vətəndaşlarını atəşə tutublar.

 

Teqlər