Əmək haqlarının az olması və zorakılıqlara etiraz - Fransa
Minlərlə nəfər əmək haqlarının cinsiyyətə əsasən fərqləndirilməsinə və zorakılıqlara etiraz edərək, Fransada aksiya keçirib.
Fransa xəbər agentliyinin bildirdiyinə görə, təqribən 15 min nəfər 8 mart beynəlxalq qadınlar günü münasibətilə Fransanın müxtəlif şəhərlərində o cümlədən paytaxt Paris, Nant, Lil, Qronobel və Tulza şəhərlərində yürüşlər təşkil edərək, işsizlik sığortasına dəyişikliyin edilməsi ehtimalına dair öz nigaranlıqlarını bildiriblər.
Bu məlumata görə, Parisdə yürüş iştirakçılarının əllərində üzərlərinə kişilər və qadınlar arasındakı bərabərsizliyə etiraz şüarları yazılmış plakatlar daşıyaraq, "bərabər əmək, bərabər əmək haqqı" və "zorakılığa yox" şüarları veriblər.
Fransa demokratiya, insan haqları, qadın və kişi hüquqlarının bərabərliyi iddiasında olan bir Avropa ölkəsi olsa da, bu zəminlərdə o qədər də böyük uğur əldə edə bilməyib.