Məsciduləqsada 40 mindən çox namazqılan iştirak edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338104-məsciduləqsada_40_mindən_çox_namazqılan_iştirak_edib
Qırx mindən çox fələstinli namazqılan Məsciduləqsada iştirak edərək, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in merac gecəsini dini nəğmələrlə qeyd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2019 14:35 Asia/Baku
  • Məsciduləqsada 40 mindən çox namazqılan iştirak edib
    Məsciduləqsada 40 mindən çox namazqılan iştirak edib

Qırx mindən çox fələstinli namazqılan Məsciduləqsada iştirak edərək, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in merac gecəsini dini nəğmələrlə qeyd edib.

Bu gün, 1440-cı hicri qəməri ili rəcəb ayının 27-si və 2019-cu il aprelin 3-ü, əziz İslam Peyğəmbəri(s.ə.s)-in məbəsi günüdür.

Məsciduləqsa-nın vəqflər nazirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Firas Əldəbs deyib ki, böyük İslam Peyğəmbəri(s.ə.s)-in məbəsi münasibətilə Məsciduləqsada, Qubbətulsəxrə-nin daxilində 40 mindən çox zəvvar iştirak edib.

Əldəbsin sözlərinə görə, bu qədər fələstinlinin Məsciduləqsada iştirakı işğalçı rejimə mühüm bir mesajdır ki, Məsciduləqsa qırmızı xəttdir və Babulrəhmə bağlı qalmayacaqdır.