Apr 21, 2019 11:07 Asia/Baku
  • Sionistlər Məsciduləqsaya basqın ediblər
    Sionistlər Məsciduləqsaya basqın ediblər

Onlarla sionist qəsəbə sakini sionist rejimin polis qüvvələrinin himayəsi altında Məsciduləqsaya basqın edib.

Sionist qəsəbə sakinləri bu rejim hərbçilərinin yaşıl işığı ilə həyata keçirdikləri Məsciduləqsaya qarşı hörmətsiz hücumdan sonra anti-İslam şüarlar veriblər.

Məsciduləqsa, Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onu sionist simvollarla əvəz etmək istiqamətində sionist qəsəbə sakinlərinin və sionist hərbçilərin meydansulama məkanına çevrilibdir.

Birləşmiş Millətlər Təşkilatının UNESCO təşkilatı  2017-ci ilin oktyabr ayında Əl-Əqsa məscidinin müsəlmanlara məxsus olduğunu və yəhudilərlə əlaqəsi olmadığını bildirdi.

Sionist hərbçilər həmçinin İordan çayının qərb sahilinə hücum edərək, bir qrup fələstinlini həbs ediblər.

Belə bir halda, Fələstin İslam Müqavimət Hərəkatı- Həmas-ın informasiya dairəsi ötəh həftə fələstinlilərlə sionist işğalçılar arasında baş vermiş onlarla toqquşmaya işarə edərək, bildirib ki, bu döyüşlər iki fələstinlinin şəhid olması, yetmiş nəfərin də yaralanması ilə nəticələnibdir.

Teqlər