Sionist hərbçilər qərb sahilində müsəlmanların müqəddəs məkanlarına hücum ediblər
Sionist rejim hərbçiləri yəhudi bayramlarının keçirilməsi bəhanəsilə qərb sahilində müsəlmanların müqəddəs məkanlarına hücum edərək, Əlxəlildə İbrahim hərəminin giriş qapılarını fələstinlilərin üzünə bağlayıblar.
İbrahim hərəminin müdiri Hifzi Əbu Səninə deyib: Yüzlərlə sionist rejim hərbçisi bu gün İbrahim hərəminin giriş qapılarını namazqılanların üzünə bağladıqdan sonra sionist qəsəbə sakinlərini öz bayram şənliklərini keçirmək üçün bu məkana yönləndiribdir.
Digər tərəfdən, bir qrup sionist hərbçi sionist rejimin kənd təsərrüfatı naziri Averi Ariel ilə yanaşı, Məsciduləqsaya daxil olubdur ki, bu məsələ onlarla müsəlmanlar arasında çəkişmə və toqquşmaya səbəb olub.
Sionist rejim hərbçiləri həmçinin qərb sahilində bir qrup fələstinlinin mənzilinə basqın edərək, terrorizmlə əlaqədə olmaq kimi puç ittihamla 16 fələstinlini həbs ediblər.