May 05, 2019 15:24 Asia/Baku
  • Fransa sionist rejimin Qəzzə zolağına qarşı hücumlarına reaksiya verib
    Fransa sionist rejimin Qəzzə zolağına qarşı hücumlarına reaksiya verib

Fransa xarici işlər nazirliyi bir bəyanat yayaraq, sionist rejimin Qəzzə zolağına qarşı hücumlarını pisləyib.

Fransa xarici işlər nazirliyi bu bəyanatda humanitar hüquqların və mülkilərin qorunmaları vacibliyinə hörmət edilməsini istəyərək, vurğulayıb: Qəzzə zolağında davamlı sabitlik yalnız müzakirə şəraitində mümkündür və mühasirənin ləğvi onun mövzularından sayılır.

Bəyanatda deyilir ki, Paris beynəlxalq qanunlar və müqavilələrə uyğun surətdə tanınmış sərhədlərdə sabitlik və təhlükəsizliyin kənarında Qərbi Asiyada sülh prosesinin bərpa edilməsini istəyir.

Sionist rejimin qırıcıları, vertolyotları və artilleriyası cümə günü gecədən bəri Qəzzə zolağının müxtəlif məntəqələrini hədəfə almaqdadırlar.

Teqlər