Tripolinin cənubunda şiddətli döyüşlər gedir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340261-tripolinin_cənubunda_şiddətli_döyüşlər_gedir
Liviya mediaları Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qrup ilə Liviya milli birlik hökumətinin qüvvələri arasında şiddətli döyüşlərin baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2019 11:05 Asia/Baku
  • Tripolinin cənubunda şiddətli döyüşlər gedir
    Tripolinin cənubunda şiddətli döyüşlər gedir

Liviya mediaları Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qrup ilə Liviya milli birlik hökumətinin qüvvələri arasında şiddətli döyüşlərin baş verməsindən xəbər veriblər.

Tripoli beynəlxalq hava limanı şosesi istiqaməti və Tripolinin cənubundan 45 kilometr aralıda yerləşən əl-Əziziyyə məntəqəsi iki tərəf arasında şiddətli döyüşlər səhnəsidir.

Tripolidəki döyüşlər elə bir halda davam edir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə günü Liviyada atəşkəsin bərqərarı və döyüşən tərəflərin müzakirə masası arxasına qayıtmalarını istəmişdi.

Amerikan "Uoll Strit Cournel" qəzeti son zamanlar bildirib ki, Həftər, Ərriyada son səfərindən sonra Tripoli şəhərinə hücum qərarına gəldi. Bu hücumun başlanmasından bəri Tripolidə 454 nəfər ölüb, 2150-dən çox nəfər də yaralanıbdır.