Terrorçuların Həmahın ətrafına qarşı hücumunda üç suriyalı uşaq dünyasını dəyişib
May 12, 2019 12:10 Asia/Baku
-
Terrorçuların Həmahın ətrafına qarşı hücumunda üç suriyalı uşaq dünyasını dəyişib
Təkfirçi terrorçuların Suriyanın Həmah şəhərinin ətrafındakı Suqəyləbiyyə məntəqəsinə qarşı hücumunda üç suriyalı uşaq ölüb, bir qrup mülki də yaralanıbdır.
Suriya ordusunun artilleriya və aviasiya qüvvələri dünən İdlib və Həmah vilayətlərində Təhrirulşam terrorçularının toplaşdıqları bir neçə məkanı hədəfə alıblar.
Suriya ordusu həmçinin İdlib vilayəti və Həmah vilayətinin şimalını təmizləmə əməliyyatına başlayıb və indiyədək çoxlu sayda terrorçunu öldürüb və bir neçə məntəqəni onların işğalından azad edibdir.