Suriya ordusunun İdlibdəki əməliyyatı davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340314-suriya_ordusunun_İdlibdəki_əməliyyatı_davam_edir
Suriya ordusu bölmələrinin İdlib ətrafındakı əməliyyatı silahlı qrupların Kəfr Nəbudəh-dəki müdafiə xətlərinin yarılmasından sonra davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2019 09:48 Asia/Baku
  • Suriya ordusunun İdlibdəki əməliyyatı davam edir
    Suriya ordusunun İdlibdəki əməliyyatı davam edir

Suriya ordusu bölmələrinin İdlib ətrafındakı əməliyyatı silahlı qrupların Kəfr Nəbudəh-dəki müdafiə xətlərinin yarılmasından sonra davam etməkdədir.

Suriyalı rəsmilərin sözlərinə görə, İdlib savaşı sırf olaraq bir neçə məqsədin həyata keçirilməsi üçün bir vasitədir. Onların ən mühümü, Həmahda və İdlibin bəzi məntəqələrində terrorçuların və terrorun kökünü kəsmək, eləcə də Türkiyəni Astana və Soçi müzakirələri əsasında öz öhdəliklərini icra etməyə məcbur etməkdir.

Suriyanın hərbi dəyərləndirmələrinə əsasən, İdlib döyüşləri Hələb, Qutə və digər məntəqələrdəki döyüşlərdən çətin deyildir. Terrorçuların Kəfr Nəbudəh-də və digər məntəqələrdəki müdafiə xətlərinin yarılmasından sonra Suriya ordusunun Xan Şiyxun-a tərəf irəliləyişi və  Murək-in və onun ətrafındakı digər məntəqələrin geri alınması üçün yol açılıbdır. Suriya ordusunun bölmələri terrorçuların müxtəlif məntəqələrdəki hərəkət istiqamətlərini gülləbaran ediblər.

Bir zaman Cibhətunnusrə-nin mühüm bazalarından sayılan Kəfr Nəbudəh son dərəcə mühüm və strateji bir məntəqədir. Onun azad edilməsi böyük əhəmiyyətə malikdir və Suriya ordusu əslində özünün Həmah ətrafındakı sonuncu idarə sərhədlərinə çatıb və İdlib idarə sərhədlərinə yaxınlaşıbdır.