Yəmən pilotsuzları Ərəbistanın neft təsisatlarına ağır xəsarətlər vurublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340798-yəmən_pilotsuzları_Ərəbistanın_neft_təsisatlarına_ağır_xəsarətlər_vurublar
Yəmənin Ənsarullah hərəkatının Ərəbistanın Aramko neft təsisatlarına qarşı hücumu ilə bağlı peyk görüntüləri göstərir ki, Aramko-nun 8-ci blokuna ağır xəsarətlər dəyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 20, 2019 08:13 Asia/Baku
  • Yəmən pilotsuzları Ərəbistanın neft təsisatlarına ağır xəsarətlər vurublar
    Yəmən pilotsuzları Ərəbistanın neft təsisatlarına ağır xəsarətlər vurublar

Yəmənin Ənsarullah hərəkatının Ərəbistanın Aramko neft təsisatlarına qarşı hücumu ilə bağlı peyk görüntüləri göstərir ki, Aramko-nun 8-ci blokuna ağır xəsarətlər dəyibdir.

Ərəbistanın əsas neft boru kəmərində səkkiz saylı nasosvurma stansiyasının peyk görüntüləri bu hücumdan bir gün sonra alınıbdır.

Bu görüntülərdə dörd metr uzunluğunda boru sınığı müşahidə olunur. Bu peyk görüntülərində həmçinin iri miqdarda xam neft sızıntısı müşahidə olunur ki, mayın 15-i günü səhərçağı, görüntülərin alındığı zamanadək min kvadratmetrlik bir sahəni bürüyübdür. Diqqəti çəkən məsələ budur ki, bu hücumda bütövlükdə 115 min kvadratkilometrlik bir sahəyə malik olan bu stansiyanın əsas bölməsindən on bir kvadratmetrlik sahə hədəfə alınıb. Bu da sübut edir ki, bu hücum kor-koranə və boru kəmərinin hədəfə alınması təsadüfi olmayıbdır, əksinə konkret şəkildə əsas boru kəmərini onun ətrafındakı yaşayış və idarə binalarından uzaqda hədəfə alıbdır.