Sionistlərin Əl-Əqsa məscidinə hörmətsizlikləri davam edir
May 24, 2019 11:38 Asia/Baku
Onlarla sionist bir daha Ramazan ayında müsəlmanların ilk qibləsinə hörmətsizlik edib.
Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, Qüds İslam Vəqfləri Təşkilatının mətbuat xidmətinin rəhbəri Fəras Dəbs deyib: 100-dən çox sionist cümə axşamı İsrail polisinin himayəsi altında Əl-Müğaribə qapısından Əl-Əqsa məscidinə daxil olublar.
Bu məlumata görə, sionistlər kütləvi şəkildə Əl-Əqsa məscidinə daxil olaraq, məscidin həyətində yəhudilərə məxsus dini ayinlər icra etməyə başlayıblar.
İsrail polisi mübarək ramazan ayında da fələstinlilərin namaz qılmaq üçün əl-Əqsa məscidinə daxil olmalarına məhdudiyyət yaradır.
YUNESKO 2017-ci ildə Əl-Əqsa məscidinin müsəlmanlara aid olduğunu və yəhudilər ilə hansısa bağlılığının olmadığını bildirdi.