İordaniyada Bəhreyn iclasına qarşı etiraz aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342833-İordaniyada_bəhreyn_iclasına_qarşı_etiraz_aksiyası_keçirilib
Minlərlə iordaniyalı bu gün cümə namazından sonra paytaxt Əmmanın Əl-Hüseyni məscidinin qarşısından yürüşə başlayaraq ABŞ-ın əsrin sövdələşməsi adlı planına və Manama iclasında öz etirazını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2019 16:01 Asia/Baku
  • İordaniyada Bəhreyn iclasına qarşı etiraz aksiyası keçirilib

Minlərlə iordaniyalı bu gün cümə namazından sonra paytaxt Əmmanın Əl-Hüseyni məscidinin qarşısından yürüşə başlayaraq ABŞ-ın əsrin sövdələşməsi adlı planına və Manama iclasında öz etirazını bildirib.

Əl-Məyadin xəbər verir ki, aksiyaçılar Fələstinə dəstək verərək Amerikanın Əsrin sövdələşməsi adlı layihəsi və Manamada keçiriləcək sionist-amerikan konfransa qarşı etiraz ediblər.

Bəhreyn iclası sözü gedən planın icrasının ilk mərhələsi hesab olunur və iyunun 25-26-da keçiriləcəyi planlaşdırılıb.

İordaniya xalqı həmçinin sionist rejim ilə bağlanmış Vadi Ərəbə adlı razılaşmasının ləğv edilməsini istəyib və ABŞ-a əsrin sövdələşməsi planını icra etmək imkanı verməyəcəklərini vurğulayıblar.