İraqın Kürdüstan iqlimi: Türkiyəli diplomatların atəşə tutulmaları bir terror hərəkəti idi
İraqın Kürdüstan iqlimi bildirib ki, Ərbil şəhərində türkiyəli diplomatların atəşə tutulmaları terror və öncədən hazırlanmış bir hərəkət idi.
Türkiyənin Ərbildəki baş konsulunun müavini və bu ölkənin iki digər diplomatı Ərbilin Ənkava məntəqəsində yerləşən "Hukkabaz" restoranında yemək yeyərkən naməlum şəxslər onlara tərəf atəş açıblar.
İraqın Kürdüstan iqliminin sözçüsü Cutiar Adil bu gün bir bəyanatda bildirib ki, bu məntəqənin məsul şəxsləri öz təhqiqatlarını davam etdirirlər və onlar təhqiqatların hər bir mərhələsi ilə bağlı məlumatları yayacaqlar.
Belə bir halda, İraqın Kürdüstan iqliminin terrorizmlə mübarizə mərkəzi bir təsvir yayaraq, bildirib ki, türkiyəli diplomatların qətlində şübhəli bilinən şəxslərdən birinin kimliyi məlum olubdur.
Bu mərkəz bir bəyanat yayaraq bildiribdir ki, həmin şəxsin adı, Məzlum Dağ-dır; 1992-ci il təvəllüdlüdür. O, Türkiyənin Diyarbakır şəhərinin sakinlərindəndir.
Bu şəxs hazırda İraqın Kürdüstan iqliminin təhlükəsizlik üzrə məsul şəxsləri tərəfindən təqib olunur. Bu məsul şəxslər yerli sakinlərdən istəyiblər ki, onun barəsində informasiyalara malik olmuş olsalar onların ixtiyarına qoysunlar.