Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar
Avq 17, 2019 08:49 Asia/Baku
Sionist rejim qırıcıları bu gün səhər tezdən Qəzzə zolağının şimalını hədəfə alıblar.
Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qırıcıları Fələstin müqavimət qüvvələrinin Qəzzə zolağının şimalında yerləşən Cəbaliya məntəqəsinin şərqindəki mövqelərini bombalayıblar.
Hələ bu hücumun törətdiyi xəsarətlər və tələfat barədə bir məlumat yayılmayıbdır.
Sionist rejim qırıcılarılarının Qəzzə üzərində uçuşları davam etməkdədir.
Sionist rejim ordusu iddia edib ki, bu hücum Qəzzə zolağından işğal olunmuş Fələstinin cənubuna tərəf üç ədəd raketin atılmasına cavab olaraq həyata keçirilibdir.