Nəsrullah: Sionistlər tərəfindən Livanın suverenliyinin pozulması zamanı başa çatıbdır
Livan Hizbullahının baş katibi sionist rejimə Livana qarşı təhrikedici hərəkətlərinə görə xəbərdarlıq edib. Deyib ki, sionistlərin hər bir təhrikedici hərəkəti müqavimətin dağıdıcı cavabı ilə üzləşəcəkdir.
Seyyid Həsən Nəsrullah dünən gecə bir çıxışda sonra deyib: Sionistlər tərəfindən Livanın suverenliyinin pozulması zamanı başa çatıbdır. O, əlavə edib: Livanın hökuməti, ordusu və xalqının müqavimətin son əməliyyatına dəstək vermələri sübut etdi ki, Hizbullah sionistlərin təhdidlərinə cavab verməkdə möhkəm bir dayağa malikdir.
Livan Hizbullahının baş katibi təcavüzkar sionist rejim PUA-larının ötən həftə Beyrutun cənub ətrafındakı uğursuz əməliyyatına toxunaraq deyib: Livanın ordusu və müqavimətinin sayıqlığı ilə daha Livan ərazisinin heç bir hissəsi sionist rejim ordusunun avantüraları üçün münasib məkan deyildir.
Seyyid Həsən Nəsrullah söyləyib: Keçmişdə işğal olunmuş Şəba əkin sahələrindən sionist rejim hədəfə alınırdı, bu gün isə Hizbullahın döyüş qüdrətinin artması ilə sionist rejimin özü üçün qırmızı xətt hesab etdiyi 1948-ci ildə işğal edilmiş sərhədlərdən Təl-Əvivə hücum edirik.
Nəsrullah sionistlərə xitabən söyləyib: 2019-cu il sentyabrın birini yaxşı yadda saxlayın, zira bu gün Livanın müdafiəsi üçün yeni mərhələnin başlanğıcıdır və onda müqavimət üçün heç bir qırmızı xətt mövcud deyildir.
Livan Hizbullahı bazar günü Afifim qarnizonu şosesində sionist rejimin bir ədəd hərbi avtomobilinin məhv edilməsindən xəbər verdi.
Hizbullah bir bəyanatda bildirdi ki, bu əməliyyatda bir qrup sionist hərbçi ölüb və yaralanıbdır.
Bu hadisələr elə bir şəraitdə baş veribdir ki, bazar günü səhər tezdən sionist rejimin iki ədəd təcavüzkar pilotsuzu Beyrutun cənubunda Livanın hava məkanını pozaraq, Zahiyyə bölgəsində süqut etdi.