Yəmənli xəstələrə sıradan çıxmış dərmanların göndərilməsi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348397-yəmənli_xəstələrə_sıradan_çıxmış_dərmanların_göndərilməsi_davam_edir
Yəmən səhiyyə nazirliyinin nümayəndəsi deyir ki, mötəbər məlumatlara əsasən, BMT yəmənli xəstələrin müalicə edilmələri üçün istehlak müddəti keçmiş dərmanlar göndərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2019 11:14 Asia/Baku
  • Yəmənli xəstələrə sıradan çıxmış dərmanların göndərilməsi davam edir
    Yəmənli xəstələrə sıradan çıxmış dərmanların göndərilməsi davam edir

Yəmən səhiyyə nazirliyinin nümayəndəsi deyir ki, mötəbər məlumatlara əsasən, BMT yəmənli xəstələrin müalicə edilmələri üçün istehlak müddəti keçmiş dərmanlar göndərir.

Mühasirə səbəbindən ölüm. Bu, yəmənli xəstələrin vəziyyəti barədə ən sadə bir izahdır. İndiyədək 40 minə yaxın yəmənli həyatını itirib. Bu siyahıya digər bir cinayəti də əlavə etmək lazımdır. Xarab olmuş dərmanların göndərilməsini. Ərəbistan dərman daşıyan təyyarənin Yəmənə daxil olmasına icazəni uzun müddət Cibutidə günəş işığının və istinin təsiri altında qalması və dərmanların xarab olmasından sonra verdi.

m.k- Qablaşdırılmış formada Cibutiyə göndərilən dünya ölkələrinin yardımları bu ölkəyə çatan kimi naşıcasına təftiş olunur və yüklərin bir hissəsi məhv olur. Səna beynəlxalq hava limanına daxil olan dərmanların üçdə bir hissəsi xarab olubdur. Bu üzdən, hava limanında yerləşən Yəmən səhiyyə nazirliyinin nümayəndələri dərmanların bir qismini Cibutiyə qaytarırlar.

Beynəlxalq təşkilatlar öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırırlar. İlk dəfə deyildir ki, bu təşkilatlar Yəmən xalqını qırmaq üçün təcavüzkarlarla həmkarlıq edirlər.

m.k- Əlaqədar təşkilatlar dünyanın hər yerindən olan dərman yüklərinə nəzarət etməlidirlər ki, sağlam və istifadəolunası şəkildə bizim əlimizə çatmış olsun.

Əgər Səna hava limanında təhlükəsizlik qüvvələrinin və digər orqanların sayıqlığı olmasaydı, bu böyük dərman yükləri öldürücü zəhərə çevrilərdilər. Yəmən xalqı günü-gündən daha çox əmin olur ki, Allaha təvəkkül etməkdən və düşmənlərlə mübarizəyə səyi davam etdirməkdən savayı, heç bir yol yoxdur.

Bu, Yəmən xalqının dözdüyü böyük əzabın təkcə kiçik bir hekayətidir.