Təizdə yeni cinayət:
Səudiyyənin "hərbi hədəfləri" körpələr oldu
Sen 22, 2026 18:22 Asia/Baku
Yəmən mənbələri Səudiyyə Ərəbistanının Təiz vilayətinin yaşayış məntəqələrini bombalayaraq, törətdiyi yeni cinayət barədə məlumat yayıblar.
Yəmən mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanının Təizdə törətdiyi yeni cinayət nəticəsində 14 şəhid və yaralı var. Həmin mənbələrin bildirdiyinə görə, Səudiyyə təyyarələri Təiz vilayətinin əl-Muxa bölgəsini bombalayıblar. Evlərinin hədəf alınması nəticəsində, iki uşaq və bir qadın da daxil olmaqla 6 yəmənli şəhid olub.Mənbələr əlavə ediblər ki, Səudiyyə düşməninin bu təcavüzü nəticəsində daha 8 vətəndaş yaralanıb."Əl-Məsirə" telekanalı bu vəhşi cinayət nəticəsində iki körpənin şəhid olduğunu xüsusi olaraq, qeyd edib.