75-ci "Qayıdış haqqı" yürüşündə 74 fələstinli yaralanıb
Sen 21, 2019 06:28 Asia/Baku
-
75-ci "Qayıdış haqqı" yürüşündə 74 fələstinli yaralanıb
Sionist rejim hərbçilərinin Qəzzə zolağında keçirilən 75-ci "Qayıdış haqqı" yürüşünə qarşı hücumunda azı 74 fələstinli yaralanıb.
Fələstin səhiyyə nazirliyi dünən gecə bildirib ki, yaralılar arasında iki yardımçı da vardır.
"Qayıdış haqqı" yürüşü dünən "Livandakı fələstinli didərginlərlə həmrəylik" adı altında keçirilib.
Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutarkən hərbi güllələr atmaqdan əlavə, gözyaşardıcı qazdan da istifadə ediblər.
Dinc "Qayıdış haqqı" yürüşü 2018-ci il martın 30-dan Yer günü münasibətilə keçirilir.
2018-ci il martın 30-dan bəri bu yürüş zamanı sionist hərbçilərin atəşləri nəticəsndə 310-dan çox fələstinli şəhid olub, azı 31 min nəfər də yaralanıbdır.