Sənada aksiya keçirilib
-
Sənada aksiya keçirilib
Yəmənlilər BMT-nin Əlhudəydə limanında bir tankerin müsadirə olunması və cinayətlər qarşısında susmasına etiraz olaraq aksiya keçiriblər.
Onlarla yəmənli Yəmən neft şirkətinin işçiləri ilə yanaşı BMT-nin Əlhudəydə limanında tankerin müsadirə olunması və gəmilərin Əlhudəydə limanına yan almalarının qadağan edilməsi və cinayətlər qarşısında susmasına etiraz olaraq aksiya keçirib. Yəmənli aksiyaçılar BMT-nin Sənadakı ofisi qarşısına toplaşaraq, bu təşkilatdan istəyiblər ki, mühasirənin ləğvi və gəmilərin hərləkətlərinin bərpası üçün bir tədbir görsün.
Sultan əl-Ruhani(neft şirkətində məsul şəxs): Təcavüzkar səud qüvvələrinin Yəmən xalqının mühasirəsinə israr etmələri, həmçinin neft məmulatları, dərman və ərzaq daşıyan gəmilərin müsadirə olunmaları Yəmən xalqının hədəfə alınması soyqırımıdır. Biz BMT-dən və insan haqları təşkilatlarından istəyirik ki, özlərinin insani vəzifələrinə əməl etsinlər.
Səna və qonşu əyalətlər səud-BƏƏ-çi təcavüzkarların amansızcasına mühasirəsi sayəsində hələ də kəskin yanacaq çatışmazlığı ilə üzləşirlər. Yəməndə yanacaq qıtlığı hazırda problem yaradıb və avtomobillər yanacaqdoldurma məntəqələrində uzun növbələrə dayanırlar. Səudlar qeyri-insani metodlarla Yəmən xalqına təzyiq göstərirlər.
Mutəhərr Yəhya(Yəmən vətəndaşlı): Səud-BƏƏ-çi təcavüzkarlar Yəmən xalqının əzab-əziyyətinə və onun mühasirəsinə bais olurlar. Onlar Yəmən xalqının böyük və əsl düşmənləridirlər.
Usamə əl-Qəsus(Yəmən vətəndaşı): Ərəbistan son məğlubiyyətlərinə görə öz intiqamı və küdurətini Yəmən xalqından almaq istəyir. Ərəbistan elə bilir ki, bu beş ildə Yəmən xalqının başına gələnlər az bir şeydir.
Yanacaq çatışmazlığı müalicə, nəqliyyat və digər ümumi sektorlara mənfi təsir göstərib. Belə ki, bəzi sənaye sahələri və peşələrə ciddi zərbələr vurubdur. Bu cinayət elə bir halda törədilir ki, BMT Yəmən xalqının iqtisadiyyatı və məişəti üçün heç bir tədbir görməyib və hətta ölümcül sükuta dalıbdır.