Ənsarullah-dan BƏƏ-yə xəbərdarlıq
-
Ənsarullah-dan BƏƏ-yə xəbərdarlıq
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü əmirlikləri Yəməndə gərginliyi hər cür şiddətləndirməkdən çəkinməyə çağırıb, zira bu ölkə öz ərazisində zərbəyə dözüm gücünə malik deyildir.
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd əl-Buxəyti əmirliklərin yenidən Yəmənə qoşun yeritməsinə toxunub. Bildirib ki, əmirliklərin bir qrup muzduru hərbi təlimin başa çatmasından sonra Eritreya bazasından Yəmənə geri dönübdür ki, bu ölkənin cənub-qərbində yerləşən Təiz şəhərindəki mövqeyi möhkəmlənmiş olsun.
Əl-Buxəyti həmçinin bildirib ki, Yəməndə təcavüzkarlar tərəfindən döyüşlərin hər cür şiddətləndirilməsi geniş və möhkəm cavabla üzləşəcəkdir. O, BƏƏ hərbçilərinə tövsiyə edibdir ki, mümkün olan tez bir zamanda Yəməndən çıxsınlar.
Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.