Sen 28, 2019 11:37 Asia/Baku
  • Əfqanıstanda prezident seçkiləri başlanıb
    Əfqanıstanda prezident seçkiləri başlanıb

Əfqanıstanda prezident seçkiləri bütün ölkə üzrə başlayıb.

Əfqanıstan prezident seçkiləri bu gün səhər beş minə yaxın seçki dairəsində və otuz min seçki məntəqəsində keçirilir. Seçkilər qərar üzrə yerli vaxtla saat 15-dək davam edəcək.

Belə bir şəraitdə beş min seçki dairəsindən min beş yüz dairə təhlükəsizlik təhdidləri altındadır.

Əfqanıstan müstəqil seçki komissiyası bununla bağlı bildiribdir ki, 450-ə yaxın digər dairə də təhlükəsizlik problemlərinə görə, açılmayacaqdır.

Əfqanıstan seçki komissiyasının bildirdiyinə görə, bu seçkilərdə saxtakarlığın qarşısını almaq üçün seçicilərin mahiyyətini qeydə almağa görə, qırx minə yaxın biometriya aparatından istifadə olunacaq.

Bu seçkilərdə yalnız biometriya aparatlarında qeydə alınmış bülletenlər sayılacaqdır.

Teqlər