Əlsəfədi Livanın baş naziri olmaqdan vaz keçib
-
Əlsəfədi Livanın baş naziri olmaqdan vaz keçib
Livan mediaları bu gün səhər tezdən bildiriblər ki, bu ölkənin baş nazirliyinə namizəd Muhəmməd Əlsəfədi bu vəzifəni qəbul etməkdən vaz keçibdir.
Muhəmməd Əlsəfədi Səəd Əl-Həririnin bir daha baş nazir olmasına dəstək verərək, ümidvarlıq edibdir ki, nazirlər kabinetinin təşkili bir daha Əl-Həririyə həvalə olunacaq.
Əlsəfədi əlavə edib: Maliyyə və iqtisadi böhrana son qoymaq üçün təcili xilasedici addımlar atacaq bütün siyasi və hökumət qruplarının himayə etdikləri və ahəngdar bir nazirlər kabinetinin təşkili çətindir.
Bundan öncə Livan mediaları bu ölkədəki əsas partiyaların Əl-Səfədinin baş nazirliyi barədəki razılığından xəbər vermişdilər.
Əl-Səfədi 2009-cu ildən 2011-ci ilədək Səəd Əl-Həriri hökumətində iqtisadiyyat naziri olubdur.
Livan oktyabrın 17-dən xalq etirazlarının şahididir. Xalq məişət durumunun yaxşılaşdırılması və korrupsiya ilə ciddi mübarizəyə təkid edir. Səəd Əl-Həriri bu etirazların 13-cü günündə Livanın baş naziri vəzifəsindən istefa verdi.