İŞİD-in Kərkükdəki fitnəsi uğursuz qaldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352357-İŞİd_in_kərkükdəki_fitnəsi_uğursuz_qaldı
İraqın xalq səfərbər qüvvələri təşkilatı- Həşduşşəbi dünən gecə İŞİD terrorçularının bu ölkənin Kərkük vilayətinin bəzi bölgələrinə yiyələnmək üzrə səyini uğursuz qoymasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2019 14:50 Asia/Baku
  • İŞİD-in Kərkükdəki fitnəsi uğursuz qaldı
    İŞİD-in Kərkükdəki fitnəsi uğursuz qaldı

İraqın xalq səfərbər qüvvələri təşkilatı- Həşduşşəbi dünən gecə İŞİD terrorçularının bu ölkənin Kərkük vilayətinin bəzi bölgələrinə yiyələnmək üzrə səyini uğursuz qoymasından xəbər verib.

İraqın xalq səfərbər qüvvələri təşkilatının 15-ci diviziyasının xüsusi batalyonunun komandanı Tahir Abdullah bildirib ki, bu təşkilatın qüvvələri özünəməxsus bir əməliyyatda İŞİD terrorçularının Kərkük vilayətindəki ünsürlərinin hərəkətlərini zərərsizləşdirə biliblər.

Tahir Abdullahın bildirdiyinə görə, İŞİD terror qrupunun ünsürləri Kərkük vilayətində bir neçə bölgəyə hücum etməyə cəhd ediblər.

İŞİD terror qrupunun İraqdakı məğlubiyyətinə rəğmən, hələ bu terror qrupunun üzvlərindən bir qrupu bu ölkənin müxtəlif bölgələrində iştirak edir və dağınıq şəkildə terror hərəkətlərinə əl atır.