İraqın Ziqar vilayətində 2 partlayış baş verib
Noy 19, 2019 08:10 Asia/Baku
-
İraqın Ziqar vilayətində 2 partlayış baş verib
İnformasiya mediaları bu gün səhər tezdən İraqın cənubundakı Ziqar vilayətində 2 partlayışın baş verməsindən xəbər veriblər.
Verilən xəbərlərə görə, bir əldəqayırma bomba Ziqar vilayətinin Əl-Əskan, digəri isə Əl-Qəda bölgələrində partlayıb. Bu iki partlayışın ehtimal üzrə törətdiyi xəsarət və tələfat barədə hələ məlumat yayılmayıbdır.
İŞİD terror qrupunun İraqdakı məğlubiyyətinə rəğmən, hələ bu terror dəstəsinin üzvlərindən bir qrupu bu ölkənin müxtəlif bölgələrində iştirak edir və dağınıq formada terror hərəkətləri törədir.