Noy 26, 2019 09:49 Asia/Baku
  • Əfqanıstanda prezident seçkiləri təkrarlana bilər
    Əfqanıstanda prezident seçkiləri təkrarlana bilər

Əfqanıstan prezident seçkilərinə namizədlər şurası bildirib ki, bu ölkədə keçirilmiş son prezident seçkilərinin nəticəsini qəbul etməyəcək. Şura seçkilərin yenidən keçirilməsinə çalışdığını bildiribdir.

Əfqanıstan prezident seçkilərinə namizədlər şurasının üzvləri vurğulayıblar ki, bu şura hazırkı hökumətin yerinə, yeni hökumətin təşkilinə çalışır.

Şura həmçinin hazırkı prezident Muhəmməd Əşrəf Qəninin başçılıq etdiyi "dəulətsaz" seçki qrupunu seçki işçilərini pulla almaqda ittiham edib. Lakin seçki komisiyyası bu ittihamı rədd edərək, vurğulayır ki, seçkilərin nəticəsi biometrik səslər əsasında olacaqdır.

Əfqanıstan prezident seçkiləri sentyabrın 28-də keçirilib və onun ilikin nəticələri indiyədək səslərin sayılışındakı texniki problemlərə görə, üç dəfə təxirə salınıbdır.

Teqlər