Dek 15, 2019 21:24 Asia/Baku
  • Fars Körfəzinin ərəb ölkələrində BƏƏ malları boykot edilib
    Fars Körfəzinin ərəb ölkələrində BƏƏ malları boykot edilib

Əmirliklərin məhsullarının saxta olması xəbərinin ifşa olunması ilə/ Ərəbistanın və Fars Körfəzinin ərəb ölkələrinin tvitter hesablarında Birləşmiş Ərəb Əmirliklərinin məhsullarının boykot edilməsinə dair haştaq ön planda durub.

Ərəbistanda sosial şəbəkələrin istifadəçiləri Birləşmiş Ərəb Əmirliklərinin saxta, xarab və istifadəyə yararlı olmayan məhsullarının bu ölkənin bazarlarına gəlməsinin ardınca “Əmirliklərin mallarının boykot edilməsi” haştaqını işə salıblar.

Sosial şəbəkələrin digər fəalları Fars Körfəzinin bəzi ərəb ölkələrində də “629” barkodunu əmirliklərin mallarının simvolu kimi sərgiləyiblər ki, bu da bu ölkədə düzəldilmiş bəzi saxta mallara işarə edir.

“Döyçe Vele” teleradio saytı da son zamanlar bir məqalə dərc edərək, bildirib ki, əmirliklərdən siqaret qaçaqmalçılığı Avropa Birliyini nigaran edib, zira bəzi siqaretlərin tərkibində arsen, antifidantlar və siçan dərmanının mövcudluğu müəyyən edilibdir.

 

 

Teqlər