Dek 19, 2019 09:24 Asia/Baku
  • Livanda etiraz aksiyası keçirilib
    Livanda etiraz aksiyası keçirilib

Livanlılar bu ölkədə etiraz hərəkatının başlanmasının 63-cü günündə dünən gecə Livanın əksər nöqtələrində, o sıradan Tripli və Beyrutda "Tayfa fitnəsinə və vətəndaş savaşına-yox!, azad və müttəfiq Livana-bəli!" şüarı ilə aksiya keçiriblər.

Aksiyaçılar bəzi siyasi liderlərə və partiya başçılarına qarşı şüarlar verib və onları korrupsiya, zülm, vətəndaşları yoxsullaşdırmaq və onları fitnə tələsinə çəkməyə çalışmaqda ittiham eidblər.

Bu aksiya Tripolidəki siyasi, ictimai və vətəndaş qrupları, partiyaları, birlikləri və cəmiyyətlərinin çağırışı ilə keçirilib. Xalqın müxtəlif təbəqələri, xüsusən tələbə və məktəblilər onda iştirak ediblər.

Livanda xalq aksiyası oktyabrın 17-dən başlanıb. Etiraza səbəb, ölkədə hökm sürən iqtisadi böhran və korrupsiyadır. Bu da baş nazir Səəs Həririnin istefası ilə nəticələnibdir.

Teqlər