Dek 31, 2019 18:23 Asia/Baku
  • Minlərlə iraqlı etirazçı ABŞ-ın Bağdaddakı səfirliyi önünə toplaşıb
    Minlərlə iraqlı etirazçı ABŞ-ın Bağdaddakı səfirliyi önünə toplaşıb

Bu gün minlərlə iraqlı etirazçı Əl-Həşdüşşəbi şəhidlərini torpağa tapşırdıqdan sonra Amerikanın Bağdaddakı səfirliyi önünə toplaşaraq bu ölkənin müqavimət qüvvələrinin mövqelərinə hücumunu pisləyib.

İraqlı qəzəbli etirazçılar səfirlik binasının girişlərindən birini yandıraraq səfirliyin divarlarına dırmaşıblar və Əl-Həşdüşşəbinin bayraqlarını ucaldaraq Amerikaya ölüm şüarları səsləndiriblər. 

Bu etiraz aksiyasında Əl-Həşdüşşəbinin komandan müavini Əbu Məhdi Əl-Mühəndis və Əsaib Əhlül-Həqqin rəhbəri Qeys Əl-Xəzəli eləcə də Sədr cərəyanının rəhbəri Müqtəda Sədrin cihad üzrə müavini Əbudəa Əl-İsavi də iştirak ediblər. 

Bu məlumata görə, bu etiraz aksiyasından sonra Amerikanın Bağdaddakı səfiri, səfirliyin digər diplomatları ilə birlikdə naməlum yerə qaçıblar. 

Amerikanın Pilotsuz Uçan Aparatları bazar günü Həşdüşşəbinin İraq-Suriya sərhədlərində yerləşən 45 və 46-cı diviziyalarının mövqelərini hədəfə aldı. Bu hücum nəticəsində Həşdüşşəbi üzvlərindən ən azı 25 nəfər şəhid olub, 51 nəfər yaralanıb. 

Teqlər