Yan 03, 2020 14:51 Asia/Baku
  • İraq baş nazirinin general-leytenant Soleymani və Əbu Məhdi Əlmuhəndisin şəhadətinə reaksiyası
    İraq baş nazirinin general-leytenant Soleymani və Əbu Məhdi Əlmuhəndisin şəhadətinə reaksiyası

İraqın baş naziri Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini və Həşduşşəbi-nin rəis müavinini şəhid etmək üzrə cinayətini pisləyib.

Adil Əbdulməhdi deyib: Şəhidlər, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymani və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis İŞİD terrorçularına qarşı savaşın iki böyük sivmolu idi.

Əbdulməhdi həmçinin bu hücumu İraqın suverenliyinin pozulması adlandırıb və İraq məclisinin növbədənkənar icas keçirməsini istəyib.

İraqın “Əsaib Əhlulhəqq” hərəkatının baş katibi Qeys Əlxəzəli də bir müraciətdə bildirib: Hacı Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndis şəhadət dərəcəsinə çatdılar və Amerika ilə sionist rejim üçün qəti nəticə, məğlubiyyətdir. Əbu Məhdi Əlmuhəndisin qanının əvəzi, Amerikanın İraqdakı hərbi iştirakına son, Şəhid Qasem Soleymaninin qanının əvəzi isə, sionist rejimin məhvidir.

İraq Milli Hikmət Cərəyanının rəhbəri Seyyid Əmmar Əlhəkim də bir müraciətdə yazıb: İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani öz həyatlarının böyük bir hissəsini cihadda və fədakarlıqda keçirdilər və terrorizmlə savaş cəbhələrində və İŞİD üzərində qələbədə əsas rol oynadılar.

İraqın Əlnəcba hərəkatının baş katibi Əkrəm Əlkəəbi də general Qasem Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin  terror edilməsini Amerikanın ağılsızlığı adlandırıb və vurğulayıb ki, bu ağılsızlıq Amerikanın peşmançılığına səbəb olacaq.

 

 

 

Teqlər