Cubran Basil Livanın yeni hökumətinin tez bir zamanda təşkilini istəyib
Livanın işlərinin irəlilədilməsi hökumətinin xarici işlər naziri bu ölkədə yeni hökumətin tez bir zamanda təşkilini istəyib. O, deyib ki, Livanın nazirlər kabinetinin təşkili məsuliyyətinə malik olan Həssən Diab öz vəzifələrinə əməl etməlidir.
Livan parlamentinin sədri Nəbih Berri də livanlı jurnalistlər qarşısında deyib: Tədbir, siyasətçilik və teknokrat bir hökumətə malik olmaq, Livanın iqtisadi çəhətdən dağılmasının qarşısının alınması və nicat yoludur.
Nəbih Berri bildirib ki, yeni hökumət korrupsiya ilə mübarizə aparmalı və ölkəni mövcud böhrandan xilas etməlidir. O, əlavə edib: Livan parlamenti Həssən Diabın yeni hökumətini himayə edəcək.
Sünni əhlinin şəxsiyyətlərindən və Livanın keçmiş ali təhsil naziri olan Həssən Diab ötən il dekabrın 19-da parlament üzvlərinin 69 lehinə səsini əldə edərək, bu ölkənin yeni nazirlər kabinetini təşkil etmək tapşırığını aldı.
Səəd Əlhəriri ötən il oktyabrın 29-da xalq etirazlarının artmasından sonra Livanın baş naziri vəzifəsindən istefa verdi.