Basil Livanın iqtisadi və maliyyə böhranlarının həllini istəyib
Livanın sabiq xarici işlər naziri Davos iqtisadi forumunda dünya liderlərindən istəyibdir ki, maliyyə və iqtisadi böhranlarını həll etməsi üçün onun ölkəsinə kömək etsinlər.
Cubran Basil bildirib ki, Livanda böhranın artması regionda heç bir ölkəyə kömək etməyəcək.
O, sonra deyib ki, ölkəsi regiondakı müsbət rolunu davam etdirə bilmək üçün dəstəyə ehtiyaclıdır.
Belə bir halda, Livanın seçilmiş baş naziri Həssan Diab çərşənbə axşamı günü Beyrutda bu ölkənin prezidenti Mişel Oun-un təsdiqi və imzasını aldıqdan sonra öz 20 nəfərlik nazirlər kabineti üzvlərinin adlarını yayıbdır.
Yeni hökumətin təşkilinə reaksiyada bir qrup etirazçı çərşənbə günü Beyrutun baş meydanlarına toplaşıb. Onlar bildiriblər ki, təqdim olunmuş hökumət müstəqil və teknokrat deyil və Livan xalqının tələblərinə cavab vermir.