Fələstinlilərin "əsrin sövdələşməsi" planına etirazında 22 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356827-fələstinlilərin_əsrin_sövdələşməsi_planına_etirazında_22_fələstinli_yaralanıb
Sionist rejim hərbçilərinin amerikan "əsrin sövdələşməsi" planına etiraz edən fələstinlilərə qarşı hücumunda azı 22 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2020 10:18 Asia/Baku
  • Fələstinlilərin
    Fələstinlilərin "əsrin sövdələşməsi" planına etirazında 22 fələstinli yaralanıb

Sionist rejim hərbçilərinin amerikan "əsrin sövdələşməsi" planına etiraz edən fələstinlilərə qarşı hücumunda azı 22 nəfər yaralanıb.

Fələstinli kişi: Burada, Cibaliya düşərgəsində müxtəlif qruplardan olan minlərlə fələstinli bir yerə toplaşıblar ki, biabırçı sövdələşməyə "yox!" desin. Bəzi ərəb və qeyri-ərəb başçıları bu şeytani planı himayə edirlər. Amma bu pak addımlar buraya gəliblər desinlər ki, "Məsciduləqsa, öz canımız və qanımızı sənə fəda edirik!"

Fələstinli etirazçı: Biz qayıdış haqqına sadiq qalmaqda davam etdiyimizi bildirməkdən ötrü aksiya üçün Cibaliya düşərgəsini seçdik.

Fələstinli etirazçı: Biz Trampa deyirik ki, sənin bu planın məhv olacaq, zira Allah, haqq və bütün dünya bizimlədir.

Fələstinli etirazçı: Biz Fələstinin satılmasına "yox!" deyirik. Biz "əsrin sövdələşməsi"nə "yox!" deyirik. Milli birlik bizim işimizin əsasıdır.