Sionist hərbçilər fələstinlilərlə toqquşublar
-
Sionist hərbçilər fələstinlilərlə toqquşublar
İordan çayının qərb sahilində fələstinlilərin "əsrin sövdələşməsi" adlı rasist plana qarşı etirazları davam edir.
Sionist rejim ordusu qüvvələrindən bir çoxu bu gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrində və xalq etirazları və aksiyaları səhnəsi olan bölgələrdə yerləşib.
"Əsrin sövdələşməsi" planına etiraz edən fələstinli gənclərlə sionist rejim hərbçiləri Cenin şəhəri daxil olmaqla İordan çayının qərb sahilinin müxtəlif bölgələrində bir-biriləri ilə toqquşublar.
ABŞ prezidenti Donald Tramp ötən həftə sionist rejimin baş naziri ilə yanaşı rasist "əsrin sövdələşməsi" planını təqdim etdi.
Qüdsün sionist rejimin paytaxtı kimi tanınması, İordan çayının qərb sahilinin otuz faizinin sionist rejimə verilməsi, fələstinli didərginlərin öz ölkələrinə geri dönmələri ilə müxalifət və Fələstinin tam şəkildə silahsızlaşdırılması bu biabırçı planın ən mühüm maddələrindəndir.