Sionist hərbçilərin atəşləri nəticəsində iki fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357288-sionist_hərbçilərin_atəşləri_nəticəsində_iki_fələstinli_şəhid_olub
Sionist hərbçilərin atəşləri nəticəsində iki fələstinli gənc şəhid olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 06, 2020 16:29 Asia/Baku
  • Sionist hərbçilərin atəşləri nəticəsində iki fələstinli şəhid olub
    Sionist hərbçilərin atəşləri nəticəsində iki fələstinli şəhid olub

Sionist hərbçilərin atəşləri nəticəsində iki fələstinli gənc şəhid olub.

Sionist rejim hərbçiləri bu gün bir fələstinli gəncin bıçaqla sionistlərə hücum etmək niyyətində olması bəhanəsilə onu “Babulisbat” bölgəsində şəhid ediblər.

Fələstinli polis Tariq Bədvan da Cenin şəhərində bir sionist hərbçinin atəşi nəticəsində şəhid olub.

17 yaşlı Muhəmməd Salman Tumə Əlhəddad isə dünən Əlxəlil şəhərinin “Babulzabiyyə” bölgəsində şəhid olub.

ABŞ prezidentinin rasist “əsrin sövdələşməsi” planını təqdim etməsindən sonra sionist hərbçilərlə fələstinlilər arasında toqquşmalar şiddətlənib. Belə ki, ötən cüməgünkü aksiyada onlarla fələstinli yaralanıbdır.