Fev 09, 2020 20:41 Asia/Baku
  • Netanyahu Qəzzədəki müqavimət qruplarını hədələyib
    Netanyahu Qəzzədəki müqavimət qruplarını hədələyib

Sionist rejimin baş naziri Qəzzə zolağındakı müqavimət qruplarını müharibə ilə hədələyib.

Benyamin Netanyahu bu gün bu rejimin nazirlər kabinetinin iclasında bildirib ki, hər şeyi medialara şərh etmir. O, deyib ki, sionist rejim Qəzzə zolağına hücuma hazırlaşır.

Netanyahu həmçinin iddia edib ki, Amerika hökuməti "əsrin sövdələşməsi" planında sionist reimin Fələstin ərazilərinə suverenlik haqqını tanıyıb.

Amerikan "əsrin sövdələşməsi" planının elan olunmasının ardınca fələstinli qruplar işğal olunmuş ərazilərdə müqavimət əməliyyatlarını kəskinləşdiriblər.

Amerika prezidenti Donald Tramp yanvarın 28-də sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı rasist "əsrin sövdələşməsi" planını təqdim etdi.

Amerikanın bu hərəkəti Fələstin xalqının, fələstinli qrupların və bir çox dünya ölkəsinin etirazları və müxalifətləri ilə üzləşibdir.

Teqlər