Yəmənin ordu qüvvələri Əlğil bölgəsini ələ keçiriblər
Fev 29, 2020 17:58 Asia/Baku
-
Yəmənin ordu qüvvələri Əlğil bölgəsini ələ keçiriblər
Yəmənin ordusu və xalq komitələri qüvvələri bu ölkənin Əlcuf əyalətinin Əlğil bölgəsini ələ keçiriblər.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Əlğil bölgəsini azad etmək əməliyyatında bu qüvvələrlə Yəmənin istefa vermiş hökumətinin qüvvələri arasında güclü döyüşlər baş verib.
Hərbi mənbələrin sözlərinə görə, Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Əlğil bölgəsini ələ keçirmələri bu qüvvələrin əyalətin mərkəzi olan Əlhəzm-ə yiyələnmələri üçün bir başlanğıcdır.
Ərəbistanın başçılığı altında olan ərəb koalisiyası qüvvələri də bu gün Ənsarullah-ın Əlğil bölgəsində və Marəb-in Məczər bölgəsindəki bir neçə bazasını bombalayıblar.