Əlavi İraqın nazirlər kabinetinin təşkilindən vaz keçdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358651-Əlavi_İraqın_nazirlər_kabinetinin_təşkilindən_vaz_keçdi
İraqın yeni baş naziri Muhəmməd Tofiq Əlavi dünən gecə bir videomüraciətdə bildirib ki, nazirlər kabinetinin təşkilindən vaz keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2020 10:53 Asia/Baku
  • Əlavi İraqın nazirlər kabinetinin təşkilindən vaz keçdi

İraqın yeni baş naziri Muhəmməd Tofiq Əlavi dünən gecə bir videomüraciətdə bildirib ki, nazirlər kabinetinin təşkilindən vaz keçibdir.

Əlavi bu videomüraciətdə nazirlər kabinetinin təşkilindən vaz keçməsinin dəlilini bəzi qrupların siyasi təzyiqləri adlandırıb.

Bəzi qrupların nazirlik vəzifəsi almaq istədiklərini qeyd edən Muhəmməd Tofiq Əlavi iraqlı aksiyaçılardan istəyib ki, bu qruplara təzyiq göstərməklə öz milli tələblərini irəli sürsünlər.

Əlavi həmçinin İraqın prezidenti Bərhəm Salihə ünvanladığı rəsmi məktubda nazirlər kabinetini təşkil edə bilməməsinə görə, üzr istəyib.

Bərhəm Salih də Əlavinin ərizəsini qəbul edib. Bildirib ki, qarşıdakı 15 gün ərzində müxtəlif qruplarla məşvərətdən sonra baş nazirliyə yeni seçim təqdim edəcək.

Bazar günü İraq parlamentinin Muhəmməd Tofiq Əlavinin nazirlər kabinetinə etimad səsinin verilməsi üzrə xüsusi iclası lazımi həddə çatmaması üzündən son həftədə beşinci dəfə təxirə düşübdür.

Bu gün Əlavinin nazirlər kabinetinin təşkili üçün sonuncu möhlət idi.

İraq parlamentinin 329 üzvündən yalnız 108 nəfər dünənki iclasa gəlmişdi.

İraq 2019-cu il oktyabrın 1-dən korrupsiyaya, məşğulluq imkanlarının olmamasına və ictimai xidmətlərin qeyri-münasib durumuna etiraz olaraq, aksiyaların keçirilməsinin şahididir.

Etirazların davam etməsi, həmçinin etirazların küçə zorakılıqlarına çevrilməsilə 2019-cu noyabrın 29-da Adil Əbdulməhdi İraqın baş naziri vəzifəsindən istefa verdi.

ƏLAVİ NAZİRLƏR KABİNETİNİN TƏŞKİLİNDƏN VAZ KEÇDİ