Yəmənlilər səud muzdurlarının mövqelərinə hücum ediblər
-
Yəmənlilər səud muzdurlarının mövqelərinə hücum ediblər
İnformasiya mənbələri dünən gecə Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Marəb vilayətində səud muzdurlarının mövqelərinə qarşı raket hücumundan xəbər veriblər.
Yəmənin ordusu və xalq komitələri qüvvələri bir neçə ədəd yerli ballistik raketlə Marəb vilayətində təcavüzkar səud koalisiyası muzdurlarına aid olan "Əlrubək" və "Tədavin" kazarmalarını hədəfə alıblar.
Yəmənin hərbi mənbələri Əlməyadin telekanalı ilə müsahibədə bu raketlərin diqqətlə öncədən təyin olunmuş hədəflərə dəydiklərini bildiriblər. Onlar bildiriblər ki, bu raket hücumunda onlarla səud muzduru ölüb və ya yaralanıbdır.
Yəmənin müdafiə naziri general-mayor Muhəmməd Nasir Əlatifi son zamanlar vurğulamışdı ki, cəhənnəmin qapıları təcavüzkarların üzlərinə açılıbdır.
Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni hava, dəniz və qurudan mühasirəyə alıbdır. Ərriyadın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə gətirib çıxarıbdır.
YƏMƏNLİLƏR SƏUD MUZDURLARININ MÖVQELƏRİNƏ HÜCUM EDİBLƏR