İdlibdə atəşkəs pozulur
Mart 10, 2020 05:03 Asia/Baku
-
İdlibdə atəşkəs pozulur
Terrorçu qruplar İdlib və Hələb ətrafında təhlükəsiz zonaların yaradılması məqsədi ilə atəşkəs rejimini pozmaqda davam edirlər.
Əl-Əxbariyyənin verdiyi məlumata görə, terrorçu qrupların Suriya ordusunun toplaşdığı yerlərə qarşı pərakəndə raket və artileriya hücumları, ordunun cavab atəşi ilə susdurulub. Suriya ordusu isə atəşkəs rejiminə sadiqdir amma eyni-zamanda bu kimi hücumlara və razılaşmanı pozan hallara qətiyyətli və şəffaf cavab vermək haqqına malik olduğunu duşunur.
Suriya ordusunun üzvlərindən biri deyir: Silhalı quruplar sözü gedən bölgələrdə atəşkəs razılaşmasını pozublar. Suriya ordusu qüvvələri də uyğun cavab atəşi ilə atılan raketlərin mənşəyini hədəfə alıb.
TERRORÇU QRUPLAR İDLİBDƏ ATƏŞKƏSİ POZURLAR