COVID-19 G-20-ni təxirə saldı
Mart 11, 2020 18:20 Asia/Baku
Ali-Səud Ərəbistanda koronavirus epidemiyasını gizlətsə də bu ölkədə keçirilməli olan 20-lər qrupunun- G-20-nin iclası təxirə düşüb.
G-20-nin təşkilatçıları koronavirus epidemiyasına görə, bu qrupun kənd təsərrüfatı və su nazirlərinin Ərəbistanda keçirilməli olan iclasını naməlum müddətədək təxirə salıblar.
İclas martın 17-dən 19-dək Səudiyyə Ərəbistanında keçirilməli idi.
Səudiyyə Ərəbistanı koronavirus epidemiyasının xəbər verildiyi ilk Qərbi Asiya ölkəsidir. Lakin Ali-Səud daima bu məsələni gizlətməyə çalışırdı.
Səudiyyə hökuməti Çin daxil olmaqla Şərqi Asiya ölkələrilə ən çox ticarət əlaqələrinə malikdir, bunula belə, COVID-19-u İran əleyhinə siyasi bir mövzuya çevirməyə can atır.
COVID-19 G-20-Nİ TƏXİRƏ SALDI