Ərəbistanda koronavirusa yoluxma üzrə 17 yeni hal qeydə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359214-Ərəbistanda_koronavirusa_yoluxma_üzrə_17_yeni_hal_qeydə_alınıb
Ərəbistanın səhiyyə nazirliyi dünən gecə bir açıqlamada bu ölkədə koronavirusa yoluxma üzrə 17 yeni halın qeydə alınmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2020 08:58 Asia/Baku
  • Ərəbistanda koronavirusa yoluxma üzrə 17 yeni hal qeydə alınıb
    Ərəbistanda koronavirusa yoluxma üzrə 17 yeni hal qeydə alınıb

Ərəbistanın səhiyyə nazirliyi dünən gecə bir açıqlamada bu ölkədə koronavirusa yoluxma üzrə 17 yeni halın qeydə alınmasından xəbər verib.

Ərəbistanın səhiyyə nazirliyi bu açıqlamada bildirib ki, Ərriyad, Ələhsa, Ciddə, Əlqətif və müqəddəs Məkkə bölgələrində yoluxan şəxslər karantinə alınıb və müalicə olunurlar.

Nazirliyin bildirdiyinə görə, bu ölkədə COVID-19-a yoluxanların sayı 62 nəfərə çatıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çinin 30 əyalətindən əlavə, 120-dən çox ölkəyə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 126 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 68 min nəfərdən çox insan sağalıb, təqribən 4600 nəfər isə vəfat edibdir.

 

ƏRƏBİSTANDA GENİŞ COVİD-19 EPİDEMİYASI