İraq XİN: İŞİD-çi ailəsindən olan daha 112 uşaq Azərbaycana göndərilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359217-İraq_xİn_İŞİd_çi_ailəsindən_olan_daha_112_uşaq_azərbaycana_göndərilib
İraqda qalan daha 112 azərbaycanlı uşaq Azərbaycana göndərilib. Bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2020 13:46 Asia/Baku
  • İraq XİN: İŞİD-çi ailəsindən olan daha 112 uşaq Azərbaycana göndərilib
    İraq XİN: İŞİD-çi ailəsindən olan daha 112 uşaq Azərbaycana göndərilib

İraqda qalan daha 112 azərbaycanlı uşaq Azərbaycana göndərilib. Bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 112 uşaq Azərbaycan Respublikasına deportasiya edilib. Deportasiya prosesində İraq Ali Məhkəmə Şurasının nümayəndəsi, Azərbaycan səfirliyinin nümayəndələri və İraq XİN-in Protokol şöbəsinin nümayəndələri iştirak edib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

İraq XİN rəsmisinin sözlərinə görə, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 940-a çatıb ki, bu uşaqların 248-i azərbaycanlıdır.

O qeyd edib ki, bu məsələdə Azərbaycan XİN və Azərbaycanın İraqdakı səfirliyi ilə davamlı əməkdaşlıq edirlər.

DAHA 112 İŞİD-Çİ UŞAQ AZƏRBAYCAN R-NA GÖNDƏRİLİB