İraq ABŞ-dan BMT-yə şikayət edəcək
İraqın Xarici İşlər Nazirliyi bir məlumatda Amerikanın cümə günü səhər tezdən iraqlı qüvvələrin mövqelərinə qarşı aviazərbəsini pisləyib. Bildirib ki, tezliklə BMT-yə və Təhlükəsizlik Şurasına şikayət edəcək.
İraqın Xarici İşlər Nazirliyi cümə günü gecə bu məlumatda vurğualyıb ki, Amerikanın İraqın hökumət qərargahlarını bombalaması düşmənçilik hərəkəti və bu ölkənin suverenliyinin pozulması deməkdir. O, deyib ki, bu düşmənçilik hərəkəti terrorizmlə mübarizə sahəsindəki səyləri aradan götürəcək.
ABŞ qırıcıları cümə günü səhər tezdən İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin və bu ölkə ordusunun Səlahəddin, Babil, Bəsrə və Kərbəla vilayətlərindəki bazalarını bombaladılar.
Bu hücumda İraqın təhlükəsizlik qüvvələrindən üç nəfər öldü, 7 nəfər də yaralandı.
İraqlı rəsmilər, qrup və şəxsiyyətlər cümə günü bu hücumu pislədi və Amerikanın bu hərəkətinin nəticələri haqda xəbərdarlıq etdilər.
İraq prezidenti Bərhəm Salih həmin hərəkəti ölkəsinin suverenliyinin pozulması adlandırdı.
İraqın Xarici İşlər Nazirliyi də İngiltərə və Amerikanın Bağdaddakı səfirlərini çağırtdırdı.
İraq parlamenti İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymani və Həşduşşəbi-nin sədr müavini Əbu Məhdi Əlmuhəndisin Bağdad hava limanının yaxınlığında ABŞ-ın terrorçu hökuməti təfərindən namərdcəsinə terror edilmələrindən sonra yanvarın beşində amerikalı qüvvələrin İraq ərazisindən qovulmaları layihəsini qəbul etdi.
General Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndis, həmçinin onların bir qrup silahdaşı 2020-ci il yanvarın üçündə səhər tezdən təcavüzkar və terrorçu amerikalı qüvvələrin Bağdad hava limanının yaxınlığındakı hava hücumunda şəhid oldular.
General Soleymani İraq hökumətinin dəvəti ilə bu ölkəyə səfər etmişdi.
Bir çox ölkə, təşkilat və qrup Amerikanın bu terror hərəkətini pislədi.
General Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndis Qərbi Asiyada İŞİD daxil olmaqla terrorçu və təkfirçi qruplarla mübarizənin tanınmış simalarından idilər.
İRAQ ABŞ-DAN BMT-YƏ ŞİKAYƏT EDƏCƏK